A Seriyası: “İnter”dən asan, “Napoli”dən çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Cenoa” – “Torino” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Verona” – “Empoli” matçında meydan sahibləri qələbə qazanıblar.

Son çempion “Napoli” də “Salernitana” ilə ev oyununda uğursuz gedişata son qoymağı bacarıb.

Lider “İnter” isə səfərdə “Montsa”ya böyük hesabla qalib gəlib.

20-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
20-ci tur
13 yanvar

Montsa – İnter 1:5
Qollar: Pessina, 69-pen – H.Çalhanoğlu, 12-pen; 60. L.Martines, 14; 84. M.Türam, 88.

Verona – Empoli 2:1
Qollar: Dyuriç, 3. Nqonqe, 56 – Jurkovski, 64.

Cenoa – Torino 0:0

Napoli – Salernitana 2:1
Qollar: Politano, 45+4-pen – Rahmani, 90+6 – Kandreva, 29.

14 yanvar

15:30. Latsio – Leççe
18:00. Kalyari – Bolonya
21:00. Fiorentina – Udineze
23:45. Milan – Roma

15 yanvar

23:45. Atalanta – Frozinone

16 yanvar

23:45. Yuventus – Sassuolo

Xəbəri sosial şəbəkələrdə paylaş: