A Seriyası: “İnter”dən darmadağın, “Napoli” və “Latsio”dan qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış oyununda səfərdə “Verona” ilə qarşılaşan son çempion “Napoli” inamlı qələbəyə sevinib. “Sassuolo”nun qonağı olan “Latsio” da turu inamlı qələbə ilə başa vurub. “İnter” isə “Torino” ilə səfər oyununda darmadağına sevinib.

9-cu turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
9-cu tur
21 oktyabr

Verona – Napoli 1:3
Qollar: Lazoviç, 60 – Politano, 27. Kvaratsxeliya, 43; 55.

Torino – İnter 0:3
Qollar: Türam, 59. L.Martines, 67. H.Çalhanoğlu, 90+5-pen.

Sassuolo – Latsio 0:2
Qollar: F.Anderson, 28. L.Alberto, 35.

22 oktyabr

14:30. Roma – Montsa
17:00. Bolonya – Frozinone
17:00. Salernitana – Kalyari
20:00. Atalanta – Cenoa
22:45. Milan – Yuventus

23 oktyabr

20:30. Udineze – Leççe
22:45. Fiorentina – Empoli

Xəbəri sosial şəbəkələrdə paylaş: