Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 36-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Frozinone” doğma meydanda erkən çempionluğa sevinən “İnter”lə qarşılaşıb. Milan təmsilçisi səfər matçında çempionatın autsayderlərindən biri olan rəqibinə 5 cavabsız qolla qalib gəlib.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
36-cı tur
10 may
Frozinone – İnter 0:5
Qollar: Frattezi, 19. Arnautoviç, 60. Buçanan, 77. Lautaro Martines, 80. Türam, 84.
11 may
20:00. Napoli – Bolonya
22:45. Milan – Kalyari
12 may
14:30. Latsio – Empoli
17:00. Cenoa – Sassuolo
17:00. Verona – Torino
20:00. Yuventus – Salernitana
22:45. Atalanta – Roma
13 may
20:30. Leççe – Udineze
22:45. Fiorentina – Montsa


