A Seriyası: “İnter”dən yeni mövsümə möhtəşəm start

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Udineze” – “Verona” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətlənbilər. “İnter” isə mövsümün ilk matçında “Torino”ya 5 cavabsız qolla qalib gəlib.

İtaliya, A Seriyası
1-ci tur

23 avqust

Cenoa – Leççe 0:0

Milan – Kremoneze 1:2
Qollar: Pavloviç, 45+1 – Başirotto, 28. Bonazzoli, 61.

Sassuolo – Napoli 0:2
Qollar: Maktominay, 17. De Bruyne, 57.

Roma – Bolonya 1:0
Qol: Uesli Fransa, 53.

24 avqust

Kalyari – Fiorentina 1:1
Qollar: S.Luperto, 90+4 – Mandraqora, 68.

Komo – Latsio 2:0
Qollar: Duvikas, 47. Pas, 73.

Atalanta – Piza 1:1
Qollar: Skamakka, 50 – Hin, 26-öz qapısına.

Yuventus – Parma 2:0
Qollar: C.David, 59. Vlahoviç, 84.

25 avqust

Udineze – Verona 1:1
Qollar: Kristensen, 53 – S.Serdar, 73.

İnter – Torino 5:0
Qollar: Bastoni, 18; 36. L.Martines, 52. M.Türam, 62. Bonni, 72.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: