A Seriyası: “Kalyari” mövsümü məğlubiyyətlə başa vurdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün sonuncu – 38-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Kalyari” mövsümün sonuncu matçını doğma meydanda “Fiorentina”ya qarşı keçirib. Beş qolun qeydə alındığı bu oyunda Florensiya təmsilçisi əzmkar qələbəyə sevinib. Qonaqların qələbə qolunu 90+12-ci dəqiqədə penaltidən vurması diqqətçəkən olub.

“Fiorentina” bu nəticədən sonra 57 xala 8-ci sırada qərarlaşıb. Amma Florensiya təmsilçisinin ehtiyatda təxirə salınmış bir oyunu da var. “Kalyari” isə mövsümü 36 xalla 15-ci sırada bitirib.

Mövsümün son turunun qalan görüşləri mayın 24-də, 25-də və 26-da keçiriləcək.

İtaliya, A Seriyası
38-ci tur
23 may

Kalyari – Fiorentina 2:3
Qollar: Deyola, 64. Mutandva, 85 – Bonaventura, 39. N.Qonsales, 89. Artur Melo, 90+12-pen.

24 may

22:45. Cenoa – Bolonya

25 may

20:00. Yuventus – Montsa
22:45. Milan – Salernitana

26 may

20:00. Atalanta – Torino
20:00. Napoli – Leççe
22:45. Empoli – Roma
22:45. Frozinone – Udineze
22:45. Latsio – Sassuolo
22:45. Verona – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: