A Seriyası: “Kalyari”dən “Sassuolo” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Empoli” – “Leççe” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Üç qolun qeydə alındığı “Kalyari” – “Sassuolo” matçında isə meydan sahibləri əlavə vurduqları 2 qolla əzmkar qələbəyə seviniblər.

Beləliklə, 15 turdan sonra 38 xala malik “İnter” vahid liderdir. “Yuventus” 36 xalla ikinci, “Milan” 29 xalla üçüncüdür. “Roma” və “Bolonya”nın 25, “Napoli” və “Fiorentina”nın 24, “Atalanta”nın 23, “Montsa” və “Latsio”nun 21, “Torino”nun 20, “Frozinone”nin 19, “Leççe”nin 17, “Cenoa” və “Sassuolo”nun 15, “Kalyari”nin 13, “Udineze” və “Empoli”nin 12, “Verona”nın 11, sonuncu olan “Salernitana”nın 8 xalı var.

İtaliya, A Seriyası
15-ci tur
8 dekabr

Yuventus – Napoli 1:0
Qol: Qatti, 51.

9 dekabr

Verona – Latsio 1:1
Qollar: Henri, 70 – Zakkayni, 23.

Atalanta – Milan 3:2
Qollar: Lukman, 38; 55. Muriel, 90+5 – Jiru, 45+3. Yoviç, 80.

İnter – Udineze 4:0
Qollar: H.Çalhanoğlu, 37. Dimarko, 42. Türam, 44. L.Martines, 84.

10 dekabr

Frozinone – Torino 0:0

Montsa – Cenoa 1:0
Qol: Dani Mota, 83.

Salernitana – Bolonya 1:2
Qollar: Simi, 75 – Zirkze, 9; 20.

Roma – Fiorentina 1:1
Qollar: Lukaku, 5 – Martines, 66.

11 dekabr

Empoli – Leççe 1:1
Qollar: Rafia, 71-öz qapısına – Banda, 64.

Kalyari – Sassuolo 2:1
Qollar: Lapadula, 90+3. Pavoletti, 90+8 – Erliç, 7.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: