A Seriyası: “Latsio”dan çətin, “Atalanta”dan asan qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Latsio” – “Fiorentina” matçında meydan sahibləri son dəqiqə qolu ilə qələbə qazanıblar. Səfərdə “Empoli” ilə qarşılaşan “Atalanta” isə darmadağına sevinib.

Beləliklə, 10 turdan sonra 25 xala malik “İnter” vahid liderdir. “Yuventus” 23 xalla ikinci, “Milan” 22 xalla üçüncü pillədə qərarlaşıb. “Atalanta”nın 19, son çempion “Napoli”nin 18, “Fiorentina”nın 17, “Latsio”nun 16, “Bolonya”nın 15, “Roma” 14, “Montsa” və “Leççe”nin 13, “Frozinone” və “Torino”nun 12 xalı var. “Ceona” və “Sassuolo” 11, “Verona” 8, “Udineze” və “Empoli” 7, “Kalyari” 6, sonuncu olan “Salernitan” isə 4 xal toplayıb.

İtaliya, A Seriyası
10-cu tur
27 oktyabr

Cenoa – Salernitana 1:0
Qol: Qudmundsson, 35.

28 oktyabr

Sassuolo – Bolonya 1:1
Qollar: Boloka, 44 – Zirkze, 3.

Leççe – Torino 0:1
Qol: Bonjorno, 31.

Yuventus – Verona 1:0
Qol: Kambyaso, 90+7.

29 oktyabr

Kalyari – Frozinone 4:3
Qollar: Oristanio, 72. Makumdu, 76. Pavoletti, 90+4; 90+6 – Sule, 23; 37. Berşianini, 49.

Montsa – Udineze 1:1
Qollar: Kolpani, 27 – Lukka, 6.

İnter – Roma 1:0
Qol: M.Türam, 81.

Napoli – Milan 2:2
Qollar: Politano, 50. Raspadori, 63 – Jiru, 22; 31.

30 oktyabr

Empoli – Atalanta 0:3
Qollar: Skamakka, 5; 51. Kopmeyners, 29.

Latsio – Fiorentina 1:0
Qol: İmmobile, 90+5-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: