A Seriyası: “Milan” evdə, “Napoli” səfərdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 13-cü turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Atalanta” ilə üz-üzə gələn son çempion “Napoli” çətin qələbəyə sevinib. “Salernitana”nın qonağı olan “Latsio” hesabı açdığı oyundan xalsız ayrılıb.

“Milan” isə doğma meydanda “Fiorentina”nı tək qolla məğlub edib.

Turun qalan görüşləri 26 və 27 noyabrda keçiriləcək.

İtaliya, A Seriyası
13-cü tur
25 noyabr

Atalanta – Napoli 1:2
Qollar: Lukman, 53 – Kvaratsxeliya, 44. Elmas, 79.

Salernitana – Latsio 2:1
Qollar: Kastanos, 55. Kandreva, 66 – İmmobile, 43-pen.

Milan – Fiorentina 1:0
Qollar: T.Ernandes, 45+2-pen.

26 noyabr

15:30. Kalyari – Montsa
18:00. Empoli – Sassuolo
18:00. Frozinone – Cenoa
21:00. Roma – Udineze
23:45. Yuventus – İnter

27 noyabr

21:30. Verona – Leççe
23:45. Bolonya – Torino

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: