Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 7-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha altı qarşılaşma baş tutub.
Səfərdə “Udineze” ilə qarşılaşan “İnter” bu turu məğlubiyyətlə başa vurub. “Kremoneze” evdə “Latsio”ya böyük hesabla uduzubsa, “Fiorentina” “Verona”nı məğlub yola salıb.
“Yuventus” səfərdə “Montsa”ya, “Roma” isə evdə “Atalanta”ya minimal hesabla məğlub olub. Üç qolun qeydə alındığı “Milan” – “Napoli” matçında da qonaqlar sevinən tərəf olub.
Beləliklə, 7 turdan sonra 17 xala malik “Napoli” və “Atalanta” zirvəyə şərikdirlər. “Udineze” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio” və “Milan”ın 14, “Roma”nın 13, “İnter”in 12, “Yuventus”la “Torino”nun 10 xalı var. “Fiorentina” isə 9 xalla 10-cu pillədə yer alıb.
İtaliya A Seriyası
7-ci tur
16 sentyabr
Salernitana – Leççe 1:2
Qol: Qonsales, 55-öz qapısına – Sisay, 43. Strefetsa, 83.
17 sentyabr
Bolonya – Empoli 0:1
Qol: Bandinelli, 75.
Spetsiya – Sampdoriya 2:1
Qol: Murilyo, 12-öz qapısına. Nzola, 72 – Sabiri, 11.
Torino – Sassuolo 0:1
Qol: A.Alvares, 90+3.
18 sentyabr
Udineze – İnter 3:1
Qol: Şkrinyar, 22-öz qapısına. Biyol, 84. T.Arslan, 90+3 – Barella, 5.
Kremoneze – Latsio 0:4
Qol: İmmobile, 7; 21-pen. Milinkoviç-Saviç, 45+2. Pedro, 79.
Fiorentina – Verona 2:0
Qol: İkone, 13. N.Qonsales, 90.
Montsa – Yuventus 1:0
Qol: Qyutker, 74.
Roma – Atalanta 0:1
Qol: Skalvini, 35.
Milan – Napoli 1:2
Qol: Jiru, 69 – Politano, 55-pen. Simeone, 78.


