A Seriyası: “Milan” “Roma”nı xalsız yola saldı – Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Fiorentina” – “Udineze” matçında qalib müəyyənləşməyib.

“Kalyari” “Bolonya”nı, “Latsio” da “Leççe”ni məğlub yola salıb.

“Milan” isə doğma meydanda “Roma” ilə üz-üzə gəlib. Dörd qolluq bu görüşdə meydan sahibləri inamlı qələbəyə seviniblər.

20-ci turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
20-ci tur
13 yanvar

Montsa – İnter 1:5
Qollar: Pessina, 69-pen – H.Çalhanoğlu, 12-pen; 60. L.Martines, 14; 84. M.Türam, 88.

Verona – Empoli 2:1
Qollar: Dyuriç, 3. Nqonqe, 56 – Jurkovski, 64.

Cenoa – Torino 0:0

Napoli – Salernitana 2:1
Qollar: Politano, 45+4-pen – Rahmani, 90+6 – Kandreva, 29.

14 yanvar

Latsio – Leççe 1:0
Qol: F.Anderson, 58.

Kalyari – Bolonya 2:1
Qollar: Petanya, 31. Kalafiori, 69-öz qapısına – Orsolini, 24.

Fiorentina – Udineze 2:2
Qollar: Beltran, 55. Nzola, 87-pen – Lovriç, 10. Toven, 73.

Milan – Roma 3:1
Qollar: Adli, 11. Jiru, 56. Hernandes, 84 – Paredes, 69-pen.

15 yanvar

23:45. Atalanta – Frozinone

16 yanvar

23:45. Yuventus – Sassuolo