A Seriyası: “Milan” uduzdu, “İnter”lə “Napoli” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Salernitana”nın qonağı olan son çempion “Napoli” səfərdən inamlı qələbə ilə dönüb. Səfərdə “Atalanta” ilə qarşılaşan “İnter” də turu 3 xalla başa vurub. “Milan” isə doğma meydanda “Udineze”yə məğlub olub.

11-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
11-ci tur
3 noyabr

Bolonya – Latsio 1:0
Qol: Ferquson, 46.

4 noyabr

Salernitana – Napoli 0:2
Qollar: Raspadori, 13. Elmas, 82.

Atalanta – İnter 1:2
Qollar: Skamakka, 61 – H.Çalhanoğlu, 40-pen. L.Martines, 57.

Milan – Udineze 0:1
Qol: R.Pereyra, 62-pen.

5 noyabr

15:30. Verona – Montsa
18:00. Kalyari – Cenoa
21:00. Roma – Leççe
23:45. Fiorentina – Yuventus

6 noyabr

21:30. Frozinone – Empoli
23:45. Torino – Sassuolo

Xəbəri sosial şəbəkələrdə paylaş: