Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Spetsiya” – “Udineze” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Kremoneze” – “Milan” görüşündə ümumiyyətlə qol qeydə alınmayıb. “Napoli” isə “Empoli” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb və liderliyini daha da möhkəmləndirib.
Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.
İtaliya A Seriyası
14-cü tur
8 noyabr
Napoli – Empoli 2:0
Qol: Lozano, 69. Zelinski, 88.
Spetsiya – Udineze 1:1
Qol: Reça, 33 – Lovriç, 43.
Kremoneze – Milan 0:0
9 noyabr
21:30. Leççe – Atalanta
21:30. Sassuolo – Roma
23:45. Fiorentina – Salernitana
23:45. İnter – Bolonya
23:45. Torino – Sampdoriya
10 noyabr
21:30. Verona – Yuventus
23:45. Latsio – Montsa


