Bu gün keçirilmiş 4 oyunla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünə start verilib
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Maraqlıdır ki, bu oyunların hamısında heç-heçə qeydə alınıb. Empoli – Montsa matçında ümumiyyətlə qapılara qol vurulmayıb.
Xatırladaq ki, geridə qalmış 2023/2024-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi “İnter” olub. “Parma” – “Fiorentina” görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Cenoa” – “İnter” və “Milan – Torino” matçlarında isə bərabərlik oxşar nəticə qeydə alınıb. Hər iki oyunda komandalar 2 qol vurduqları halda 1 xala seviniblər.
Xatırladaq ki, “İnter” A Seriyasının cari çempionudur.
İtaliya, A Seriyası
1-ci tur
17 avqust
Cenoa – İnter 2:2
Qollar: Volyakko, 20. Messias, 90+6 – Türam, 30; 82.
Parma – Fiorentina 1:1
Qollar: Man, 22 – Biraqi, 75.
Milan – Torino 2:2
Qollar: Morata, 89. Okafor, 90+5 – Tiav, 30-öz qapısına. Sapata, 68.
Empoli – Montsa 0:0
18 avqust
20:30. Bolonya – Udineze
20:30. Verona – Napoli
22:45. Kalyari – Roma
22:45. Latsio – Venesiya
19 avqust
20:30. Leççe – Atalanta
22:45. Yuventus – Komo


