A Seriyası: “Milan”la “Latsio”dan ev qələbəsi – Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Cenoa” – “Empoli” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Latsio” doğma meydanda “Kalyari”ni tək qolla məğlub edib. “Milan” isə “Frozinone” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
14-cü tur
1 dekabr

Montsa – Yuventus 1:2
Qollar: Karboni, 90+1 – Rabyo, 12. Qatti, 90+4.

2 dekabr

Cenoa – Empoli 1:1
Qollar: Malinovski, 37 – Kançelyeri, 67.

Latsio – Kalyari 1:0
Qol: Pedro, 8.

Milan – Frozinone 3:1
Qollar: Yoviç, 43. Pulişiç, 50. Tomori, 74 – Breşianini, 82.

3 dekabr

15:30. Leççe – Bolonya
18:00. Fiorentina – Salernitana
18:00. Udineze – Verona
21:00. Sassuolo – Roma
23:45. Napoli – İnter

4 dekabr

23:45. Torino – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: