A Seriyası: “Napoli” 3 xalı 6 qolla qazandı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 35-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Sampdoriya” doğma meydanda “Cenoa”nı tək qolla yenib. “Kalyari” evdə “Verona”ya, “Spetsiya” isə “Latsio”ya məğlub olub. Çempionluq şansını itirən “Napoli” bu dəfə “Sassuolo” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda darmadağına sevinib.

Lider “Milan”ı bu tur heç də asan oyun gözləmir. Milan təmsilçisi “Fiorentina” ilə üz-üzə gələcək. Çempionluq yarışında “Milan”ın əsas rəqibi olan “İnter”i isə bu turda “Udineze” ilə qarşılaşma gözləyir.

İtaliya A Seriyası
35-ci tur

30 aprel

Kalyari – Verona 1:2
Qol: J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.

Napoli – Sassuolo 6:1
Qol: Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.

Sampdoriya – Cenoa 1:0
Qol: Sabiri, 25.

Spetsiya – Latsio 3:4
Qol: Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.

1 may

14:30. Yuventus – Venesiya
17:00. Milan – Fiorentina
17:00. Empoli – Torino
20:00. Udineze – İnter
22:45. Roma – Bolonya

2 may

22:45. Atalanta – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: