A Seriyası: “Napoli” evdə, “İnter” səfərdə xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Uğursuz mövsüm keçirən son çempion “Napoli” bu dəfə doğma meydanda “Montsa” ilə “sülh bağlayıb.

“Cenoa”nın qonağı olan lider “İnter” də turu xal itkisi ilə başa vurub.

“Fiorentina” doğma meydanda “Torino”ya, “Latsio” isə “Frozinone”yə qalib gəlib.

Turun qalan görüşləri sabah keçiriləcək.

İtaliya, A Seriyası
18-ci tur
29 dekabr

Fiorentina – Torino 1:0
Qol: Ranyeri, 83.

Napoli – Montsa 0:0

Cenoa – İnter 1:1
Qollar: Draquşin, 45+7 – Arnautoviç, 42.

Latsio – Frozinone 3:1
Qollar: Kastelyanos, 71. İsaksen, 72. Patrik, 84 – Soule, 57-pen.

30 dekabr

15:30. Atalanta – Leççe
18:00. Kalyari – Empoli
18:00. Udineze – Bolonya
21:00. Milan – Sassuolo
21:00. Verona – Salernitana
23:45. Yuventus – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: