Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
“Montsa” “Salernitana”nı, “Frozinone” “Verona”nı, “Latsio” isə “Atalanta”nı məğlub yola salıb. Səfərdə “Kalyari” ilə qarşılaşan “Roma” darmadağına sevinməklə uğursuz gedişata son qoyub.
Son çempion “Napoli” isə doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Neapol təmsilçisi bu oyunda məğlubiyyətə üzülüb.
Beləliklə, 8 turdan sonra 21 xala malik “Milan” vahid liderdir. Milanın digər təmsilçisi “İnter” 19 xalla ikinci pilədə qərarlaşıb. “Yuventus”la “Fiorentina” 17, “Napoli” 14, “Atalanta” 13, “Montsa”, “Frozinone” və “Leççe” 12 xal toplayıblar. “Roma” və “Bolonya”nın 11, “Sassuolo” və “Latsio”nun 10 xalı var.
İtaliya, A Seriyası
8-ci tur
6 oktyabr
Empoli – Udineze 0:0
Leççe – Sassuolo 1:1
Qollar: Krstoviç, 48 – Berardi, 22-pen.
7 oktyabr
İnter – Bolonya 2:2
Qollar: Açerbi, 11. L.Martines, 13 – Orsolini, 19. Zirkze, 52.
Yuventus – Torino 2:0
Qollar: Qatti, 47. Milik, 62.
Cenoa – Milan 0:1
Qol: Pulişiç, 87.
8 oktyabr
Montsa – Salernitana 3:0
Qollar: Kolpani, 9. Vinyato, 18. Pessina, 82.
Frozinone – Verona 2:1
Qollar: Reynier, 45+1. Soule, 66 – Dyuriç, 90+4.
Latsio – Atalanta 3:2
Qollar: De Ketelare, 5-öz qapısına. Kastelyanos, 11. Vesino, 83 – Ederson, 33. Kolaşinaç, 63.
Kalyari – Roma 1:4
Qollar: Nandes, 87-pen – Auar, 19. Lukaku, 20; 59. Belotti, 51.
Napoli – Fiorentina 1:3
Qollar: Osimhen, 45+5-pen – Brekalo, 7. Bonaventura, 63. N.Qonsales, 90+3.


