Futbol üzrə İtaliya çempionatında (A Seriyası) fasilə başa çatıb. Arena.az xəbər verir ki, bu gün 16-cı turun oyunları keçirilib. Turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
“Torino” – “Verona”, “Udineze” – “Empoli” və “Fiorentina” – “Montsa” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Spetsiya” – “Atalanta” matçında da qalib müəyyənləşməyib. Səfərdə “Leççe” ilə qarşılaşan “Latsio” yeni ilə məğlubiyyətlə başlayıb. “Milan” səfərdə “Salernitana”ya, “Yuventus” isə “Kremoneze”yə qalib gəlib. “Sampdoriya” da “Sassuolo”dan üstün olub. “Roma” “Bolonya”nı, “İnter” isə “Napoli”ni minimal hesabla üstələyib.
Beləliklə, 16 turdan sonra 41 xalı olan “Napoli” hələ də vahid liderdir. “Milan” 36 xalla ikinci, “Yuventus” 34 xalla üçüncüdür. “İnter”in 33, “Latsio” və “Roma”nın 30, “Atalanta”nın 28 xalı var.
İtaliya A Seriyası
16-cı tur
4 yanvar
Salernitana – Milan 1:2
Qol: Bonatsoli, 83 – Leao, 10. Tonali, 15.
Sassuolo – Sampdoriya 1:2
Qol: Berardi, 64 – Qabbyadini, 25. Auqelyo, 28.
Spetsiya – Atalanta 2:2
Qol: Qyasi, 8. Nzola, 31 – Hoylund, 77. Paşaliç, 90+2.
Torino – Verona 1:1
Qol: Mirançuk, 64 – Dyuriç, 45.
Roma – Bolonya 1:0
Qol: Pelleqrini, 6-pen.
Leççe – Latsio 2:1
Qol: Strefetsa, 57. Kolombo, 71 – İmmobile, 14.
Kremoneze – Yuventus 0:1
Qol: Milik, 90+1.
Fiorentina – Montsa 1:1
Qol: Kabral, 19 – Auqusto, 61.
İnter – Napoli 1:0
Qol: Dzeko, 56.
Udineze – Empoli 1:1
Qol: Pereyra, 70 – Baldanzi, 3.


