A Seriyası: “Napoli” qalib gəldi, “Milan”la “Yuventus”…

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Udineze” – “Kalyari” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Yuventus” – “Milan” matçında isə qapılara qol vurulmayıb.

“Bolonya” “Piza”nı 4 cavabsız qolla üstələyib. “Roma” “Fiorentina”nı səfərdə, “Napoli” isə “Cenoa”nı evdə 2:1 hesabıyla məğlub edib.

Beləliklə, 6 turdan sonra “Napoli” və “Roma”nın 15 xalı var. “Milan” 13, “İnter” və “Yuventus” 12, “Atalanta” və “Bolonya” 10 xal toplayıblar.

İtaliya, A Seriyası
6-cı tur

3 oktyabr

Verona – Sassuolo 0:1
Qol: Pinamonti, 71.

4 oktyabr

Latsio – Torino 3:3
Qollar: Kançelyeri, 24; 40. Kataldi, 90+13-pen – C.Simeone, 16. K.Adams, 73. Koko, 90+3.

Parma – Leççe 0:1
Qol: Söttil, 38.

İnter – Kremoneze 4:1
Qollar: L.Martines, 6. Bonni, 38. Dimarko, 55. Barella, 57 – Bonatsoli, 87.

Atalanta – Komo 1:1
Qollar: Samardziç, 6 – Perrone, 19.

5 oktyabr

Udineze – Kalyari 1:1
Qollar: Kabasele, 58 – Borelli, 25.

Bolonya – Piza 4:0
Qollar: Kambyaqi, 24. Moro, 38. Orsolini, 40. Edqor, 53.

Fiorentina – Roma 1:2
Qollar: M.Kin, 14 – Sule, 22. Kristante, 30.

Napoli – Cenoa 2:1
Qollar: Anqissa, 57. Höylund, 75 – Ekhator, 34.

Yuventus – Milan 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: