Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Leççe” doğma meydanda “Frozinone”ylə, son çempion “Napoli” isə “Kalyari”ylə qarşılaşıb. Üç qolun qeydə alındığı hər iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Torino” da “Empoli”ni məğlub yola salıb.
16-cı turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
16-cı tur
15 dekabr
Cenoa – Yuventus 1:1
Qollar: Qudmundsson, 48 – Kyeza, 28-pen.
16 dekabr
Leççe – Frozinone 2:1
Qollar: Pikkoli, 11. Ramadani, 89 – Kayo Xorxe, 33-pen.
Napoli – Kalyari 2:1
Qollar: Osimhen, 69. Kvaratsxeliya, 75 – Pavoletti, 72.
Torino – Empoli 1:0
Qol: Sapata, 25.
17 dekabr
15:30. Milan – Montsa
18:00. Fiorentina – Verona
18:00. Udineze – Sassuolo
21:00. Bolonya – Roma
23:45. Latsio – İnter
18 dekabr
23:45. Atalanta – Salernitana


