Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son çempion “Napoli” səfərdə “Yuventus”la qarşılaşıb. Uğurlu mövsüm keçirən Turin təmsilçisi bu oyunda da qalib gəlməklə zirvəyə yüksəlib – 36 xal. Əksinə, bu mövsüm özünə bənzəməyən Neapol təmsilçisi isə son dörd matçında üçüncü məğlubiyyətinə üzülüb. Bu komanda isə 24 xalla 5-ci sırada qərarlaşıb.
15-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
15-ci tur
8 dekabr
Yuventus – Napoli 1:0
Qol: Qatti, 51.
9 dekabr
18:00. Verona – Latsio
21:00. Atalanta – Milan
23:45. İnter – Udineze
10 dekabr
15:30. Frozinone – Torino
18:00. Montsa – Cenoa
18:00. Salernitana – Bolonya
23:45. Roma – Fiorentina
11 dekabr
21:30. Empoli – Leççe
23:45. Kalyari – Sassuolo


