A Seriyası: “Napoli”ni “Milan” dayandırdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.

“Piza” – “Fiorentina” və “Leççe” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib.

Dörd qolluq “Sassuolo” – “Udineze” matçında meydan sahibləri qələbə qazanıblar. “Roma” da “Verona”nı xalsız yola salıb. “Milan” isə bu tura qədər itkisiz irəliləyən “Napoli” ilə ev oyunundan qalib ayrılıb. Hansı ki, bu komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindəndir.

5-ci turun qalan görüşləri sentyabrın 29-da keçiriləcək.

İtaliya, A Seriyası
5-ci tur

27 sentyabr

Komo – Kremoneze 1:1
Qollar: N.Pas, 32 – Başirotto, 69.

Yuventus – Atalanta 1:1
Qollar: Kabal, 78 – Sulemana, 45+1.

Kalyari – İnter 0:2
Qollar: L.Martines, 9. Espozito, 82.

28 sentyabr

Sassuolo – Udineze 3:1
Qollar: Loryente, 8. Kone, 12. İannoni, 81 – Devis, 56.

Roma – Verona 2:0
Qollar: Dovbik, 7. Sule, 79.

Piza – Fiorentina 0:0

Leççe – Bolonya 2:2
Qollar: Kulibali, 13. Kamarda, 90+3 – Orsolini, 45+1-pen. Edqor, 71.

Milan – Napoli 2:1
Qollar: Salemakers, 3. Pulişiç, 31 – De Bröyne, 60-pen.

29 sentyabr

20:30. Parma – Torino
22:45. Cenoa – Latsio

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: