Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Frozinone” – “Torino” matçında qapılara qol vurulmayıb. “Roma” da “Fiorentina” ilə ev oyununda qələbəni əldən verib, qarşılaşma bərabərliklə başa çatıb.
“Montsa” “Cenoa”nı məğlub yola salıb. “Salernitana” isə evdə “Bolonya”ya uduzub.
15-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
İtaliya, A Seriyası
15-ci tur
8 dekabr
Yuventus – Napoli 1:0
Qol: Qatti, 51.
9 dekabr
Verona – Latsio 1:1
Qollar: Henri, 70 – Zakkayni, 23.
Atalanta – Milan 3:2
Qollar: Lukman, 38; 55. Muriel, 90+5 – Jiru, 45+3. Yoviç, 80.
İnter – Udineze 4:0
Qollar: H.Çalhanoğlu, 37. Dimarko, 42. Türam, 44. L.Martines, 84.
10 dekabr
Frozinone – Torino 0:0
Montsa – Cenoa 1:0
Qol: Dani Mota, 83.
Salernitana – Bolonya 1:2
Qollar: Simi, 75 – Zirkze, 9; 20.
Roma – Fiorentina 1:1
Qollar: Lukaku, 5 – Martines, 66.
11 dekabr
21:30. Empoli – Leççe
23:45. Kalyari – Sassuolo


