A Seriyası: “Roma” Genuyada, “İnter” Montsada xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Torino” – “Leççe” matçında qapılara qol vurulmayıb. “Montsa”nın qonağı olan son çempion “İnter” bu rəqibi ilə görüşdən xal itkisi ilə ayrılıb. “Cenoa”nın qonağı olan “Roma” da xal itkisi ilə üzləşib. Beş qolun qeydə alındığı “Atalanta” – “Fiorentina” matçında florensiyalılar məğlubiyyətlə üzləşiblər. “Napoli” isə səfərdə “Kalyari”ni 4 cavabsız qolla məğlub edib.

Turun qalan görüşləri sentyabrın 16-da keçiriləcək.

İtaliya, A Seriyası
4-cü tur

14 sentyabr

Komo – Bolonya 2:2
Qollar: Kasale, 5-öz qapısına. Kutrone, 53 – Kastro, 76. İ.Junior, 90+1.

Empoli – Yuventus 0:0

Milan – Venesiya 4:0
Qollar: T.Ernandes, 2. Fofana, 16. Pulişiç, 25. T.Abraham, 29-pen.

15 sentyabr

Cenoa – Roma 1:1
Qollar: De Vinter, 90+6 – Dovbik, 37.

Atalanta – Fiorentina 3:2
Qollar: Reteqi, 21. De Ketelare, 45. Lukman, 45+1 – Martines Quarta, 15. M.Kin, 32.

Torino – Leççe 0:0

Kalyari – Napoli 0:4
Qollar: Di Lorenso, 18. Kvaratsxeliya, 66. Lukaku, 70. Boncorno, 90+3.

Montsa – İnter 1:1
Qollar: Mota, 81 – Dumfris, 88.

16 sentyabr

20:30. Parma – Udineze
22:45. Latsio – Verona