A Seriyası: “Roma” “Torino”ya, “Fiorentina” “Latsio”ya qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Roma” – “Torino” oyununda meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Fiorentina” ilə qarşılaşan paytaxtın digər təmsilçisi “Latsio” isə turu məğlubiyyətlə başa vurub.

Beləliklə, 26 turdan sonra 66 xala malk “İnter” vahid liderdir. Milanlıların ehtiyatda təxirə salınmış bir oyunu da var. “Yuventus” 57 xalla 2-ci, “Milan” 53 xalla 3-cü, “Bolonya” 48 xalla 4-cü, “Atalanta” 46 xalla 5-ci, “Roma” 44 xalla 6-cı pillədə qərarlaşıb.

“Fiorentina” 41, “Latsio” 40, “Napoli” 37, “Torino” və “Montsa” 36 xal toplayıb.

İtaliya, A Seriyası
26-cı tur
23 fevral

Bolonya – Verona 2:0
Qollar: Fabbian, 27. Froyler, 65.

24 fevral

Sassuolo – Empoli 2:3
Qollar: Pinamonti, 54-pen. Ferrari, 7 – Luperto, 11. Nyanq, 64. Bastoni, 90+4.

Salernitana – Montsa 0:2
Qollar: Maldini, 78. Pessina, 83.

Cenoa – Udineze 2:0
Qollar: Reteqi, 36. Bani, 40.

25 fevral

Yuventus – Frozinone 3:2
Qollar: Vlahoviç, 3; 32. Ruqani, 90+5 – Şeddira, 14. Breşianini, 27.

Kalyari – Napoli 1:1
Qollar: Luvumbo, 90+6 – Osimhen, 66.

Leççe – İnter 0:4
Qollar: L.Martines, 15; 56. Frattezi, 54. De Vrey, 67.

Milan – Atalanta 1:1
Qollar: Leao, 3 – Kopmeyners, 42-pen.

26 fevral

Roma – Torino 3:2
Qollar: Dibala, 42-pen; 57; 69 – Sapata, 44. Höysen, 89-öz qapısına.

Fiorentina – Latsio 2:1
Qollar: Kayode, 61. Bonaventura, 69 – Luis Alberto, 45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: