Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Udineze” – “Sassuolo” matçında qalib müəyyənləşməyib.
“Fiorentina” “Verona”nı, “Bolonya” “Roma”nı, “Milan” isə “Montsa”nı məğlub yola salıb. Səfərdə “Latsio” ilə qarşılaşan “İnter” də turu qələbə ilə başa vurub.
16-cı tura sabah keçiriləcək “Atalanta” – “Salernitana” matçı ilə yekun vurulacaq.