Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Udineze” – “Salernitana” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Torino” – “Fiorentina” matçında ümumiyyətlə qapılara qol vurulmayıb.
Səfərdə “Montsa” ilə qarşılaşan “Roma” isə bu turu darmadağınla başa vurub.
27-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
27-ci tur
1 mart
Latsio – Milan 0:1
Qol: Okafor, 88.
2 mart
Udineze – Salernitana 1:1
Qollar: Kamara, 45+3 – Tçauna, 10.
Montsa – Roma 1:4
Qollar: Karboni, 87 – Pelleqrini, 38. Lukaku, 42. Dibala, 63. Pardes, 82.
Torino – Fiorentina 0:0
3 mart
15:30. Verona – Sassuolo
18:00. Empoli – Kalyari
18:00. Frozinone – Leççe
21:00. Atalanta – Bolonya
23:45. Napoli – Yuventus
4 mart
23:45. İnter – Cenoa


