A Seriyası: “Roma”dan evdə, “Milan”dan səfərdə çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Roma” doğma meydanda “Verona” ilə qarşılaşıb. Joze Mourinyonun istefasından sonra ilk matçını keçirən paytaxt təmsilçisi yeni baş məşqçisi Daniele De Rossinin rəhbərliyi altında uğurlu startla diqqət çəkib.

Səfərdə “Udineze” ilə qarşılaşan “Milan” da turu çətin qələbəylə başa vurub.

Bu turun daha 4 oyunu sabah keçiriləcək. Qalan qarşılaşmalar isə fevral ayında – ayrı-ayrı günlərdə baş tutacaq.

İtaliya, A Seriyası
21-ci tur
20 yanvar

Roma – Verona 2:1
Qollar: Lukaku, 19. Pelleqrini, 25 – Folorunso, 76.

Udineze – Milan 2:3
Qollar: Samardziç, 42. Toven, 62 – Loftus-Çik, 31. Yoviç, 83. Okafor, 90+3.

21 yanvar

15:30. Frozinone – Kalyari
18:00. Empoli – Montsa
21:00. Salernitana – Cenoa
23:45. Leççe – Yuventus

14 fevral

22:00. Bolonya – Fiorentina

22 fevral

23:45. Torino – Latsio

28 fevral

21:00. Sassuolo – Napoli
23:45. İnter – Atalanta

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: