A Seriyası: “Roma”dan “Salernitana” üzərində çətin qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında son üç oyunundan məğlubiyyətlə ayrılmış “Salernitana” doğma meydanda “Roma” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda paytaxt təmsilçisi çətin səfər qələbəsinə sevinib.

Beləliklə, 22 turdan sonra 54 xala malik “İnter” vahid liderdir. “Yuventus” 53 xalla 2-ci, “Milan” 46 xalla 3-cü, “Atalanta” 36 xalla 4-cü, “Roma” 35 xalla 5-ci pillədə qərarlaşıb. “Fiorentina” və “Latsio”nun 34, “Bolonya”nın 33, “Napoli”nin 32, “Torino”nun 31, “Cenoa” və “Montsa”nın 28, “Frozinone”nin 23, “Leççe”nin 21, “Sassuolo”nun 19, “Verona”, “Udineze” və “Kalyari”nin 18, “Empoli”nin 17 xalı var. Sonuncu pillədə qərarlaşmış “Salernitana” isə cəmi 12 xal toplayıb.

İtaliya, A Seriyası
22-ci tur
26 yanvar

Kalyari – Torino 1:2
Qollar: Viola, 77 – Sapata, 23. Riççi, 45+3.

27 yanvar

Atalanta – Udineze 2:0
Qollar: Mirançuk, 33. Skamakka, 45+1.

Yuventus – Empoli 1:1
Qollar: Vlahoviç, 50 – Baldanzi, 70.

Milan – Bolonya 2:2
Qollar: Loftus-Çik, 45; 83 – Zirkze, 29. Orsolini, 90+2-pen.

28 yanvar

Cenoa – Leççe 2:1
Qollar: Reteqi, 70. Ekuban, 76 – Krstoviç, 31.

Montsa – Sassuolo 1:0
Qol: Kolpani, 31.

Verona – Frozinone 1:1
Qollar: Suslov, 45+3-pen – Kayo Jorje, 58.

Latsio – Napoli 0:0

Fiorentina – İnter 0:1
Qol: Lautaro Martines, 14.

29 yanvar

Salernitana – Roma 1:2
Qollar: Kastanos, 70 – Dibala, 51-pen. Pelleqrini, 66.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: