A Seriyası: “Salernitana” “Cenoa”ya səfərdə uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matında “Cenoa” doğma meydanda “Salernitana” ilə qarşılaşıb. Genuyalılar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

10-cu turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
10-cu tur
27 oktyabr

Cenoa – Salernitana 1:0
Qol: Qudmundsson, 35.

28 oktyabr

17:00. Sassuolo – Bolonya
20:00. Leççe – Torino
22:45. Yuventus – Verona

29 oktyabr

15:30. Kalyari – Frozinone
18:00. Montsa – Udineze
21:00. İnter – Roma
23:45. Napoli – Milan

30 oktyabr

21:30. Empoli – Atalanta
23:45. Latsio – Fiorentina

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: