A Seriyası: “Torino” və “Empoli”dən səfər qələbəsi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Kalyari” “Empoli”ni qəbul edib. Oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Beş qolun qeydə alındığı “Verona” – “Torino” matçında da qələbəni qonaq komanda bayram edib.

5-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
5-ci tur
20 sentyabr

Kalyari – Empoli 0:2
Qollar: Kolombo, 33. Espozito, 49.

Verona – Torino 2:3
Qollar: Kastanos, 12. Moskera, 90+3 – Sanabriya, 10. Sapata, 34. Adams, 79.

21 sentyabr

17:00. Venesiya – Cenoa
20:00. Yuventus – Napoli
22:45. Leççe – Parma

22 sentyabr

14:30. Fiorentina – Latsio
17:00. Montsa – Bolonya
20:00. Roma – Udineze
22:45. İnter – Milan
22:45. Atalanta – Komo

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: