A Seriyası: “Udineze” “Leççe” ilə bacarmadı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Udineze” doğma meydanda “Leççe” ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

13-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya A Seriyası
13-cü tur
4 noyabr

Udineze – Leççe 1:1
Qol: Beto, 68 – Kolombo, 33.

5 noyabr

18:00. Empoli – Sassuolo
18:00. Salernitana – Kremoneze
21:00. Atalanta – Napoli
23:45. Milan – Spetsiya

6 noyabr

15:30. Bolonya – Torino
18:00. Montsa – Verona
18:00. Sampdoriya – Fiorentina
21:00. Roma – Latsio
23:45. Yuventus – İnter

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: