Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Udineze” doğma meydanda “Kalyari”ni 2 cavabsız qolla üstələyib. “Torino” isə “Komo” ilə ev oyununda 3 xalı tək qolla qazanıb.
9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək. Bu turun “Bolonya” – “Milan” oyunu daşqın səbəbindən təxirə salınıb.
İtaliya, A Seriyası
9-cu tur
25 oktyabr
Udineze – Kalyari 2:0
Qollar: Lukka, 38. K.Deyvis, 78.
Torino – Komo 1:0
Qol: Njie, 75.
26 oktyabr
17:00. Napoli – Leççe
22:45. Atalanta – Verona
27 oktyabr
15:30. Parma – Empoli
18:00. Latsio – Cenoa
18:00. Montsa – Venesiya
21:00. İnter – Yuventus
23:45. Fiorentina – Roma


