A Seriyası: “Verona” evdə, “Atalanta” səfərdə qələbə qazandı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Verona” doğma meydanda “Kremoneze” üzərində inamlı qələbəyə sevinib. Üç qolun qeydə alındığı “Bolonya” – “Atalanta” matçında isə qonaqlar qələbə qazanıblar.

Beləliklə, 17 turdan sonra 44 xalı olan “Napoli” vahid liderdir. İkinci və üçüncü pillələri bölüşən “Yuventus”la “Milan”ın 37 xalı var. “İnter” 34, “Latsio” və “Roma” 31, “Atalanta” 28 xal toplamağı bacarıb.

İtaliya A Seriyası
17-ci tur
7 yanvar

Fiorentina – Sassuolo 2:1
Qol: Saponara, 48. N.Qonsales, 90+1-pen – Berardi, 57.

Yuventus – Udineze 1:0
Qol: Danilo, 86.

Montsa – İnter 2:2
Qol: Çiurria, 11. Kaldirola, 90+3 – Darmian, 10. L.Martines, 22.

8 yanvar

Salernitana – Torino 1:1
Qol: Vilyena, 49 – Sanabriya, 36.

Latsio – Empoli 2:2
Qol: F.Anderson, 2. Zakkayni, 54 – Kaputo, 83. Marin, 90+4.

Spetsiya – Leççe 0:0

Sampdoriya – Napoli 0:2
Qol: Osimhen, 19. Elmas, 82-pen.

Milan – Roma 2:2
Qol: Kalulu, 30. Pobeqa, 77 – İbanes, 87. Abraham, 90+3.

9 yanvar

Verona – Kremoneze 2:0
Qol: Lazoviç, 9; 26.

Bolonya – Atalanta 1:2
Qol: Orsolini, 2 – Kopmeyners, 47. Hoylund, 58.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: