A Seriyası: “Verona” evdə “Sassuolo”ya məğlub oldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Verona” doğma meydanda “Sassuolo” ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda tək qolla 3 xal qazanıblar.

Qeyd edək ki, 6-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya, A Seriyası
6-cı tur

3 oktyabr

Verona – Sassuolo 0:1
Qol: Pinamonti, 71.

4 oktyabr

17:00. Latsio – Torino
17:00. Parma – Leççe
20:00. İnter – Kremoneze
22:45. Atalanta – Komo

5 oktyabr

14:30. Udineze – Kalyari
17:00. Bolonya – Piza
17:00. Fiorentina – Roma
20:00. Napoli – Cenoa
22:45. Yuventus – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: