A Seriyası: “Yuventus” doğma meydanda 1 xala “sevindi”

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

“Atalanta” – “Kremoneze” və “Leççe” – “Montsa” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Yuventus” da “Salernitana” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub və 1 xala razılaşıb.

“Bolonya” “Fiorentina”ı, “Latsio” isə “Verona”nı məğlub yola salıb. Səfərdə “Sassuolo” ilə qarşılaşan “Udineze” də turu qələbə ilə başa vurub.

Tura “Empoli” – “Roma” oyunu ilə yekun vurulacaq.

İtaliya A Seriyası
6-cı tur

10 sentyabr

Napoli – Spetsiya 1:0
Qol: Raspadori, 89.

İnter – Torino 1:0
Qol: Brozoviç, 89.

Sampdoriya – Milan 1:2
Qollar: Djuriçiç, 57 – Messias, 6, Jiru, 67-pen.

11 sentyabr

Atalanta – Kremoneze 1:1
Qol: M.Demiral, 74 – Valeri, 78.

Sassuolo – Udineze 1:3
Qol: Frattezi, 33 – Beto, 75; 90+3. Samardziç, 90+1.

Leççe – Montsa 1:1
Qol: Qonsales, 48 – Sensi, 35.

Bolonya – Fiorentina 2:1
Qol: Barrou, 59. Arnautoviç, 62 – Martines, 54.

Latsio – Verona 2:0
Qol: İmmobile, 68. L.Alberto, 90+5.

Yuventus – Salernitana 2:2
Qol: Bremer, 51. Bonuççi, 90+3 – Kandreva, 18. Pyontek, 45+4.

12 sentyabr

22:45. Empoli – Roma