A Seriyası: “Yuventus” Genuyada qələbəni əldən verdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Cenoa” doğma meydanda “Yuventus”la qarşılaşıb. İki qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Turin təmsilçisi ilk yarıda penaltidən vurduğu qolla hesabı açsa da, fasilədən dərhal sonra üstünlüyünü əldən verib.

16-cı turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İtaliya, A Seriyası
16-cı tur
15 dekabr

Cenoa – Yuventus 1:1
Qollar: Qudmundsson, 48 – Kyeza, 28-pen.

16 dekabr

18:00. Leççe – Frozinone
21:00. Napoli – Kalyari
23:45. Torino – Empoli

17 dekabr

15:30. Milan – Montsa
18:00. Fiorentina – Verona
18:00. Udineze – Sassuolo
21:00. Bolonya – Roma
23:45. Latsio – İnter

18 dekabr

23:45. Atalanta – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: