A Seriyası: “Yuventus” “İnter”ə avtoqolla uduzdu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Torino” – “Salernitana” matçında qapılara qol vurulmayıb. Son çempion “Napoli” bu dəfə “Verona”nı xalsız yola salıb. Dörd qolun qeydə alındığı “Atalanta” – “Latsio” matçı da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşündə lider “İnter” əsas rəqiblərindən olan “Yuventus”u qəbul edib. Meydan sahibləri bu görüşdə çətin qələbəyə seviniblər.

23-cü tura sabah keçiriləcək “Roma” – “Kalyari” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
23-cü tur
2 fevral

Leççe – Fiorentina 3:2
Qollar: Udin, 17. Pikkoli, 90. Dorqu, 90+2 – Mandraqora, 50. Beltran, 67.

3 fevral

Empoli – Cenoa 0:0

Udineze – Montsa 0:0

Frozinone – Milan 2:3
Qollar: Sule, 24-pen. Massitelli, 65 – Jiru, 17. Qabbya, 72. Yoviç, 81.

Bolonya – Sassuolo 4:2
Qollar: Viti, 24-öz qapısına. Fabbian, 73. Ferquson, 83. Salemakers, 86 – Torstvedt, 13. Volpato, 34.

4 fevral

Torino – Salernitana 0:0

Napoli – Verona 2:1
Qollar: Nqonqe, 79. Kvaratsxeliya, 87 – Koppola, 72.

Atalanta – Latsio 3:1
Qollar: Paşaliç, 16. De Ketelare, 43; 76 – İmmobile, 84-pen.

İnter – Yuventus 1:0
Qol: Qatti, 37-öz qapısına.

5 fevral

23:45. Roma – Kalyari

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: