A Seriyası: “Yuventus” qalib gəldi, “Napoli” “Leççe” ilə bacarmadı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 4-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.

Bu oyunlardan üçündə (“Empoli” – “Verona”, “Sampdoriya” – “Latsio” və “Napoli” – “Leççe”) eyni hesab (1:1) qeydə alınıb. Xüsusilə “Napoli”nin evdəki xal itkisi gözlənilməz olub. “Latsio” isə qələbəni son anda əldən verib. “Udineze” “Fiorentina”nı, “Yuventus” da “Spetsiya”nı məğlub yola salıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

İtaliya A Seriyası
4-cü tur
30 avqust

Sassuolo – Milan 0:0

Roma – Montsa 3:0
Qol: Dibala, 18; 32. İbanes, 61.

İnter – Kremoneze 3:1
Qol: Korrea, 12. Barella, 38. Martines, 76 – Okereke, 90.

31 avqust

Empoli – Verona 1:1
Qol: Baldanzi, 26 – Kallon, 69.

Sampdoriya – Latsio 1:1
Qol: Qabbyadini, 90+2 – İmmobile, 21.

Udineze – Fiorentina 1:0
Qol: Beto, 17.

Yuventus – Spetsiya 2:0
Qol: Vlahoviç, 9. Milik, 90+2.

Napoli – Leççe 1:1
Qol: Elmas, 27 – Kolombo, 31.

1 sentyabr

22:45. Atalanta – Torino
22:45. Bolonya – Salernitana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: