A Seriyası: “Yuventus” “Sassuolo”ya uduzdu, “Milan” sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Latsio” – “Montsa” matçında komandalar hərəyə 1 qol və 1 xal əldə ediblər. “Milan” doğma meydanda “Verona”nı tək qolla məğlub edib.

Altı qolun qeydə alındığı “Sassuolo” – “Yuventus” matçı isə Turin təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb.

Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

İtaliya A Seriyası
5-ci tur
22 sentyabr

Salernitana – Frozinone 1:1
Qollar: Kabral, 52 – Romanyoli, 12.

Leççe – Cenoa 1:0
Qol: Udin, 83.

23 sentyabr

Milan – Verona 1:0
Qol: Leao, 8.

Sassuolo – Yuventus 4:2
Qollar: Loryente, 12. Berardi, 41. Pinamonti, 82. Qatti, 90+5-öz qapısına – Vinya, 21-öz qapısına. Kyeza, 78.

Latsio – Montsa 1:1
Qollar: İmmobile, 12-pen – Qalyardini, 36.

24 sentyabr

14:30. Empoli – İnter
17:00. Atalanta – Kalyari
17:00. Udineze – Fiorentina
20:00. Bolonya – Napoli
22:45. Torino – Roma

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: