A Seriyası: “Yuventus” xal itirdi, “İnter” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Venesiya” – “Udineze” matçında meydan sahibləri qalib gəliblər. “Atalanta” da “Montsa”nı məğlub yola salıb.

“Empoli”nin qonağı olan son çempion “İnter” 3 xalı 3 cavabsız qolla qazanıb.

“Yuventus” isə “Parma” ilə ev oyununda xal itirib. Dörd qolluq bu matçda qalib müəyyənləşməyib.

Turun qalan görüşləri oktyabrın son gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
10-cu tur
29 oktyabr

Kalyari – Bolonya 0:2
Qollar: Orsolini, 35. Odqor, 51.

Leççe – Verona 1:0
Qol: Dorqu, 51.

Milan – Napoli 0:2
Qollar: Lukaku, 5. Kvaratsxeliya, 43.

30 oktyabr

Empoli – İnter 0:3
Qollar: Frattezi, 50; 67. L.Martines, 79.

Venesiya – Udineze 3:2
Qollar: Pohyanpalo, 41-pen; 86-pen. Nikolussi, 56 – Lovriç, 19. Bravo, 25.

Atalanta – Montsa 2:0
Qollar: Samardziç, 70. Zappakosta, 88.

Yuventus – Parma 2:2
Qollar: Makkenni, 31. Vea, 49 – Del Prato, 3. Som, 38.

31 oktyabr

21:30. Cenoa – Fiorentina
23:45. Roma – Torino
23:45. Komo – Latsio

Xəbəri istədiklərinizlə paylaşın