A Seriyası: “Yuventus”a ilk xal itkisini “Roma” yaşatdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Fiorentina” – “Montsa” matçında qalib müəyyənləşməyib.

“Yuventus” – “Roma” matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb.

“Cenoa” doğma meydanda “Verona”ya 2 cavabsız qolla uduzub. “Udineze” isə “Komo”nu məğlub yola salmağı bacarıb.

Beləliklə, 3 turdan sonra xal itirməyən komanda qalmayıb. “İnter”, “Yuventus”, “Torino” və “Udineze” 7 xal toplayıblar. “Verona” və “Napoli”nin 6 xalı var. “Empoli” 5, “Latsio”, “Parma” və “Cenoa” da 4 xal əldə ediblər.

İtaliya, A Seriyası
3-cü tur
30 avqust

Venesiya – Torino 0:1
Qol: Koko, 86.

İnter – Atalanta 4:0
Qollar: Djimsiti, 3-öz qapısına. Barella, 10. Türam, 47; 56.

31 avqust

Bolonya – Empoli 1:1
Qollar: Fabbian, 2 – Qyasi, 3.

Leççe – Kalyari 1:0
Qol: Krstoviç, 26.

Latsio – Milan 2:2
Qollar: Kastelyanos, 62. B.Dia, 66 – Pavloviç, 8. Leao, 72.

Napoli – Parma 2:1
Qollar: Lukaku, 90+2. Anqissa, 90+6 – Bonni, 19-pen.

1 sentyabr

Fiorentina – Montsa 2:2
Qollar: M.Kin, 45. Qosens, 90+6 – Dyuriç, 18. Maldini, 32.

Cenoa – Verona 0:2
Qollar: Tçatçua, 55. Tengstedt, 64-pen.

Yuventus – Roma 0:0

Udineze – Komo 1:0
Qol: Brenner, 43.