A Seriyası: “Yuventus”la “Napoli” yenə xal itirdilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

Son çempion “Napoli” doğma meydanda “Cenoa”ya məğlubiyyətdən son anda qurtulub.

Səfərdə “Verona” ilə qarşılaşan “Yuventus” da turu xal itkisi ilə başa vurub. Turin təmsilçisinin 4 oyundur qələbə qazana bilməməsi xüsusi diqqət çəkir. “Ağ-qaralar” son 4 turda 2 heç-heçə, 2 məğlubiyyət görüblər. Halbuki, buna qədər komanda qələbələri sıralamaqdaydı.

“Atalanta” isə doğma meydanda “Sassuolo” üzərində darmadağına sevinib.

25-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
25-ci tur
16 fevral

Torino – Leççe 2:0
Qollar: Bellanova, 50. Sapata, 81.

İnter – Salernitana 4:0
Qollar: Türam, 17. L.Martines, 19. Dumfris, 40. Arnautoviç, 90.

17 fevral

Napoli – Cenoa 1:1
Qollar: Nqonqe, 90 – Frendrup, 47.

Verona – Yuventus 2:2
Qollar: Folorunşo, 11. Noslin, 52 – Vlahoviç, 28-pen. Rabyö, 55.

Atalanta – Sassuolo 3:0
Qollar: Paşaliç, 22. Kopmeyners, 58. Bakker, 75.

18 fevral

15:30. Latsio – Bolonya
18:00. Empoli – Fiorentina
18:00. Udineze – Kalyari
21:00. Frozinone – Roma
23:45. Montsa – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: