A Seriyasında qiymətdən ən çox düşmüş oyunçular

“Transfermarkt” internet-portalı İtaliya A Seriyasında transfer dəyərini ən çox itirmiş oyunçuların onluğunu açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Milan”ın portuqaliyalı sol cinah hücumçusu Rafael Leao yer alıb.

Leaonun transfer dəyəri 15 milyon avro məbləğində ucuzlaşaraq, hazırda 75 milyon avro məbləğ təşkil edir.

2-ci pillədə “Yuventus”un braziliyalı mərkəz müdafiəçisi Duqlas Luis qərarlaşıb. Braziliyalı futbolçu da 15 milyon avro məbləğində qiymətdən düşüb. O, hazırda 55 milyon avro məbləğində qiymətləndirilir.

İlk üçlüyü “Milan”ın əlcəzairli dayaq yarımmüdafiəçisi İsmael Bennaser qapayır. Əlcəzairli futbolçunun trasnfer dəyəri 12 milyon avro məbləğində ucuzlaşıb və hazırda 18 milyon avro məbləğ təşkil edir.

“Transfermarkt” internet-portalına görə, İtaliya A Seriyasında transfer dəyərini ən çox itirmiş futbolçuların onluğunu təqdim edirik:

  1. Rafael Leao (“Milan”) – 75 milyon avro (-15 milyon avro);
  2. Duqlas Luis (“Yuventus”) – 55 milyon avro (-15 milyon avro);
  3. İsmael Bennaser (“Milan”) – 18 milyon avro (-12 milyon avro);
  4. Fikayo Tomori (“Milan”) – 32 milyon avro (-8 milyon avro);
  5. Perr Sxyurs (“Torino”) – 17 milyon avro (-8 milyon avro);
  6. Paulo Dibala (“Roma”) – 12 milyon avro (-8 milyon avro);
  7. Mario Hermoso (“Roma”) – 18 milyon avro (-7 milyon avro);
  8. Artur Melo (“Yuventus”) – 8 milyon avro (-7 milyon avro);
  9. Nikolo Kazale (“Bolonya”) – 8 milyon avro (-6 milyon avro);
  10. Benjamen Pavar (“İnter”) – 45 milyon avro (-5 milyon avro).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: