A Seriyasında “Yuventus”dan əzmkar qələbə

Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun açılış matçında “Empoli” ilə “Spetsiya” komandaları üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

Liderlər qrupunda yer alan “İnter”lə “Yuventus” da turun ilk oyun günündə meydanda çıxıblar. “İnter” “Verona”nı qəbul edib, “Yuventus” isə səfərdə “Kalyari” ilə qarşılaşıb. Həm Milan, həm də Turin təmsilçisi turu qələbə ilə başa vurub.

Lider “Milan” isə bu turda Turində “Torino”nun qonağı olacaq.

İtaliya A Seriyası
32-ci tur
9 aprel

Empoli – Spetsiya 0:0

İnter – Verona 2:0
Qol: Barella, 22. Dzeko, 30.

Kalyari – Yuventus 1:2
Qol: J.Pedro, 10 – De Liqt, 45. Vlahoviç, 75.

10 aprel

14:30. Cenoa – Latsio
17:00. Venetsiya – Udineze
17:00. Napoli – Fiorentina
17:00. Sassuolo – Atalanta
20:00. Roma – Salernitana
22:45. Torino – Milan

11 aprel

22:45. Bolonya – Sampdoriya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: