“Transfermarkt” internet-portalı ənənəvi olaraq, İtaliya A Seriyasının ən bahalaşmış futbolçularının siyahısını açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Atalanta”nın isveçli mərkəz müdafiəçisi İsak Hin yer alıb.
25 yaşlı Hinin transfer dəyəri 11 milyon avro məbləğində artaraq hazırda 20 milyon avro məbləğ təşkil edir.
Siyahının 2-ci pilləsində də “Atalanta”nın futbolçusu yer alıb. Niderlandlı hücumameylli yarımmüdafiəçi Tyon Kopmeynersin transfer dəyəri 10 milyon avo məbləğində artıb və hazırda 50 milyon avro məbləğindədir.
İlk üçlüyü isə “Bolonya”nın niderlandlı mərkəz hücumçusu Coşua Zirkze qapayır. Zirkzenin transfer dəyəri də 10 milyon avro məbləğində bahalaşıb və hazırda 50 milyon avro təşkil edir.
İtaliya A Seriyasının ən bahalaşmış futbolçularının ilk onluğunu təqdim edirik:
- İsak Hin (“Atalanta”) – 20 milyon avro (+11 milyon avro);
- Tyon Kopmeyners (“Atalanta”) – 50 milyon avro (+10 milyon avro);
- Coşua Zirkze (“Bolonya”) – 50 milyon avro (+10 milyon avro);
- Ederson (“Atalanta”) – 40 milyon avro (+10 milyon avro);
- Ademola Lukman (“Atalanta”) – 40 milyon avro (+10 milyon avro);
- Canluka Skamakka (“Atalanta”) – 35 milyon avro (+10 milyon avro);
- Maykl Kayode (“Fiorentina”) – 25 milyon avro (+10 milyon avro);
- Kristian Pulişiç (“Milan”) – 40 milyon avro (+8 milyon avro);
- Albert Qudmundsson (“Cenoa”) – 30 milyon avro (+8 milyon avro);
- Teyyani Noslin (“Verona”) – 10 milyon avro (+7,5 milyon avro).


