“Transfermarkt” internet-portalı ənənəvi olaraq, İtaliya A Seriyasının ən ucuzlaşmış futbolçularının siyahısını açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen yer alıb.
Osimhenin transfer dəyəri 10 milyon avro məbləğində ucuzlaşaraq, hazırda 100 milyon avro təşkil edir.
Siyahının 2-ci pilləsində “Fiorentina”nın argentinalı sağ vingeri Nikolas Qonsales qərarlaşıb. Qonsalesin transfer dəyəri 5 milyon avro məbləğində düşüb və hazırda 35 milyon avro məbləğindədir.
İlk üçlüyü isə “Yuventus”un italyan sol vingeri Federiko Kyeza qapayır. Kyeza transfer dəyərini 5 milyon avro məbləğində itirərək, hazırda 35 milyon avro məbləğində qiymətləndirilir.
İtaliya A Seriyasının ən ucuzlaşmış futbolçularının ilk onluğunu təqdim edirik:
- Viktor Osimhen (“Napoli”) – 100 milyon avro (-10 milyon avro);
- Nikolas Qonsales (“Fiorentina”) – 35 milyon avro (-5 milyon avro);
- Federiko Kyeza (“Yuventus”) – 35 milyon avro (-5 milyon avro);
- Adrien Rabyo (“Yuventus”) – 35 milyon avro (-5 milyon avro);
- İsmael Bennaser (“Milan”) – 30 milyon avro (-5 milyon avro);
- Temmi Abraham (“Roma”) – 30 milyon avro (-5 milyon avro);
- Manuel Lokatelli (“Yuventus”) – 28 milyon avro (-5 milyon avro);
- Malik Tşau (“Milan”) – 25 milyon avro (-5 milyon avro);
- Pyer Kalyulyu (“Milan”) – 20 milyon avro (-5 milyon avro);
- Paulo Dibala (“Verona”) – 20 milyon avro (-5 milyon avro).


