Futbol üzrə İtaliya A Seriyasının 9-cu turunun “İnter” – “Yuventus” oyununda yarış tarixində müstəsna nailiyyət qeydə alınıb.
Arena.az məlumat verir ki, 4:4 hesabı ilə başa çatmış bu oyunun birinci hissəsində qapılara 5 qol vurulub.
“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, müvafiq hal İtaliya A Seriyasının tarixində ilk dəfə qeydə alınıb.
9 turdan sonra 18 xal toplamış “İnter” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 17 xalla 3-cü pillədədir. İtaliya A Seriyasına 22 xalla “Napoli” başçılıq edir.


