Fil Dişi Sahili yığmasının və Belçikanın “Brügge” komandasının müdafiəçisi Akabar Silla Liqa 1 təmsilçisi “Strasburq”a transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Mərkəz müdafiəçisi yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Bu, Liqa 1 təmsilçisinin tarixində rekord məbləğə həyata keçirdiyi transfer kimi yadda qalıb. Buna qədər “Strasburq” heç bir futbolçu üçün bu qədər məbləğ ödəməmişdi.
Abakar Silla məhz “Brügge”nin yetirməsidir. O, geridə qalan mövsümdə “Brügge”nin heyətində 28 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Gənc müdafiəçi Fil Dişi Sahili yığmasında da 5 oyun keçirib.


