Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu qış fasiləsində heyətinə daha bir yeni oyunçu cəlb edib. Arena.az xəbər verir ki, elita təmsilçisi nigeriyalı yarımmüdafiəçi Abbas İbrahimlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, nigeriyalı yarımmüdafiəçi ilə 2.5 + 1 illik müqavilə imzalanıb.
Abbas İbrahim Nigeriyanın “Kvara Yunayted” klubunun yetirməsidir. O, 2015-ci ildə Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna cəlb olunub. 2018-ci ildən bu klubun əsas komandasında oynamağa başlayıb. 25 yaşlı futbolçu bu komandada 39 oyun keçirib. Yarımmüdafiəçi 2019-2020-ci illərdə “Paredes” və “Aroka” komandalarında icarədə də oynayıb.


